Qarabağ ın yeddiilik seriyası qırılıb

03.02.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Qarabağ" Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.

Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu XXI turda səfərdə "Zirə"yə 2:3 hesabı ilə uduzub.

Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.

"Qarabağ" sonuncu dəfə ötən mövsümün "Turan Tovuz"la görüşündə 3 qol buraxıb. Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də "Qarabağ" bir hissədə 3 top buraxıb.

Ötən tur "Turan Tovuz"a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/18 mövsümünün sonunda "Qarabağ" "Neftçi"yə 0:1, indi "Şamaxı" adlanan "Keşlə"yə 0:3 hesabı ilə uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью