Qarabağ ın yeni transferi zədələndi Şelburn a qarşı oynamayacaq

29.07.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Şelburn"u qəbul edəcək "Qarabağ" yeni transferlərindən birinin xidmətindən faydalana bilməyəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, cinah müdafiəçisi Dani Bolt zədələndiyi üçün oyunu kənardan izləyəcək.

Onun adı matçın iştirak ərizəsinə salınmayacaq. Zədə səbəbindən bu rəqiblə İrlandiyadakı matçı buraxan Marko Yankoviçə gəlincə, onun da meydana çıxmaq ehtimalı çox azdır.

Qeyd edək ki, “Qarabağ” Dublindəki qarşılaşmada 3:0 hesablı qələbə qazaqnıb.  Tərəflərin Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci görüşü saat 20:00-da start götürəcək. 

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью