Qarabağ ın Yunanıstana səfər proqramı bəlli olub

27.01.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Avropa Liqası matçında Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, komanda yanvarın 29-da səhər saatlarında çarter reysi ilə yola düşəcək və qarşılaşmadan sonra Bakıya qayıdacaq.

"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı yerli vaxtla saat 19:40-da, açıq məşq isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, dekabrın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью