Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində Ağdam təmsilçisi "Qarabağ" İngiltərədə “Liverpul”un qonağı olacaq. “Enfield Road” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, hazırda "Qarabağ"ın 10 xalı var və 18-ci pillədə qərarlaşıb.
Bəs bu gecə keçiriləcək oyundan gözləntilər nədir? Komandamız "Liverpul"dan xal ala bilərmi?
Redaktor.az-a danışan matc.az saytının baş redaktoru İxtiyar Əsgərovun fikrincə, favorit meydan sahibləridi:
"Şəxsi fikrim belədir ki, İngiltərənin qələbə ehtimalı nə qədər çoxdursa, “Qarabağ”ın xal qazanmaq şansı bir o qədər azdır. Açığı komandaların adlarını, nüfuzunu, titullarını göz önünə gətirəndə, uğurlu nəticənin xeyrimizə olacağı inandırıcı gəlmir. Amma nəzərə alaq ki, “Qarabağ” indiyədək "inanılmaz" dediyimiz bir çox nəticəni reallaşdırıb. “Liverpul”a uduzmaq ayıb deyil. Könül istər ki, minimum 1 xala sahib çıxaq. Çox çətindir, amma müasir futbolda istənilən nəticə qeydə alınır. Fikrimcə, bol qollu oyun olacaq".
Aytəkin TOFİQQIZI