“Qarabağ” İrlandiya klubu ilə cavab matçına çıxacaq

30.07.2025

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”la cavab matçına çıxacaq.

Tribunainfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü italiyalı referi Andre Kolombo idarə edəcək.

Qarşılaşma saat 20:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab görüşü

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Şelburn” (İrlandiya)

İlk oyun – 3:0.

Baş hakim: Andre Kolombo (İtaliya).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью