Icma.az, Fanat portalına istinadən məlumat verir. "Qarabağ" Çempionlar Liqasının 3-cü turu çərçivəsində sabah "Atletik" klubunun qonağı olac
Bu duel ilk iki oyununda məğlub olan ispanlarla hər iki matçda qələbə qazanan Azərbaycan təmsilçisinin görüşü olacaq.
Fanat.Az xəbər verir ki, rəqib düşərgə matça ciddi köklənib.
"Mundodeportivo"nun matç barədə qeydləri belədir: "Atletik Bilbao" Çempionlar Liqasında üçüncü oyununa ağır təzyiq altında çıxır.
Növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparmaq üçün komandaya qələbə lazımdır.
"Arsenal" və "Borussiya Dortmund"a qarşı ilk iki matçda məğlubiyyət bir yana, "Atletik" qol vura bilməyən dörd komandadan biridir.
Digər üç komanda isə “Benfika”, “Ayaks” və “Kairat Almatı”dır.
"Benfika" və "Kopenhagen"ə qarşı hər iki liqa matçından qalib ayrıldıqdan sonra Bilbaoya gələn "Qarabağ"ın performansı sürpriz deyil.