Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ” bu gün Avropa Liqasında ilk oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin birinci oyununda İslandiyanın “Vestri” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək.
Komandalar arasındakı cavab oyunu iyulun 16-da olacaq.
UEFA Avropa Liqası
I Təsnifat mərhələsi, ilk oyun
9 iyul
20:00 Qarabağ – Vestri (İslandiya)