“Qarabağ” ispan hücumçu üçün təklif göndərəcək

20.05.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu “Legiya”nın forvardı Mark Qualı transfer etmək niyyətindədir. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə “Qarabağ”ın Varşava təmsilçisinə təklif göndərməyə hazırlaşdığı bildirilir.

“Legiya” oyunçunu buraxmağa hazırdır.

29 yaşlı hücumçu bu mövsüm 47 oyunda 19 qol vurub. İspan futbolçunun “transfermarkt”da dəyəri 1,5 milyon avrodur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью