“Qarabağ” İspaniya klubuna “yox” deyib

09.07.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk ötən qışda İspaniyanın “Valyadolid” klubundan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “ТаТоТаке” proqramının jurnalisti Mixail Spivakovski məlumat yayıb. O, La Liqa təmsilçisinin qışda Kaşuku icarəyə götürmək istədiyini, ancaq “Qarabağ”ın bu təklifi rədd etdiyini bildirib.

“Valyadolid” başa çatan mövsümdə elitanı tərk edib.

Kaşuk 2024-cü ilin sentyabrından “Qarabağ”ın formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью