Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda bu gün İsveçdə “Elfsborq”un qonağı olacaq.
Sfera.az xəbər verir ki, bu görüş Azərbaycan çempionunun avrokuboklarda İsveç klublarına qarşı 8-ci dueli kimi tarixə düşəcək.
Ağdam klubunun isveçlilərlə ilk matçı 2013-cü ildə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Gefle”yə qarşı olub.
Qurban Qurbanovun komandası hər iki görüşdə (1:0, 2:0) rəqibinə qalib gələrək pley-off mərhələsinə yüksəlib.
Növbəti qarşılaşma isə bundan 3 il sonraya təsadüf edib. 2016-cı ildə yenə Avropa Liqasının bu dəfə pley-off mərhələsində “Göteborq”la üz-üz
Lakin doğma meydanda rəqibini 3 cavabsız qolla üstələyən ağdamlılar inamlı qələbə ilə adını qrup mərhələsinə yazdırıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçiləri ilə ilk oyunu isə 2023-2024-cü illər mövsümündə reallaşıb.