“Qarabağ” İsveç klubu ilə oyundan öncə daha bir itki ilə üzləşib

11.12.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Qarabağ”ın 3 futbolçusu UEFA Avropa Liqasının əsas mərhələsində İsveçdə “Elfsborq”la keçiriləcək VI tur oyununda iştirak etməyəcək.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Aleksey İsayev və Kevin Medinadan sonra Bəhlul Mustafazadə də sıradan çıxıb. Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi sabahkı görüşü buraxacaq. İsayev qasıq nahiyəsindən əməliyyat olunub, Medinaya baldır əzələsinin gərilməsi diaqnozu qoyulub. Mustafazadədə isə bud arxa əzələsinin gərilməsi üzündən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək “Elfsborq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью