“Qarabağ” İsveç klubu ilə oyunöncəsi son məşqə çıxıb AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi

12.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Xəbərin mətni

UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda İsveçdə “Elfsborq”un qonağı olacaq “Qarabağ” oyunöncəsi son məşqinə çıxıb.

AZƏRTAC xəbər verir ki, “Boras Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuata açıq olub.

Məşqdə zədəli futbolçular Kevin Medina, Aleksey İsayev və Bəhlul Mustafazadə iştirak etməyiblər.

Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə “Boras Arena”da təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью