Qarabağ İsveçdə heç heçə etdi

16.07.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın U-17 komandası “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ” qrup mərhələsinin 2-ci turunun matçına çıxıb.

İsveçdə təşkil olunan yarışda 6-cı qrupda yer alan Ağdam təmsilçisi “Sportinq Laqos”la üz-üzə gəlib. Görüş qolsuz sülhlə başa çatıb - 0:0.

Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" 3-cü matçında “Höteborq”la üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью