“Qarabağ” İsveçdə qələbə ilə başladı

14.07.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisi İsveçdə təşkil olunan yarışın 2-ci turunun matçına çıxıb.

Komanda ilk görüşdə yerli “Myallbu” ilə qarşılaşıb. “Qarabağ” bu oyunda 2:1 hesablı qələbə qazanıb. İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью