Qarabağ itirildi: 283 km lik xətti qorumalıyıq Ohanyan | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan parlamentində “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat, sabiq müdafiə naziri Seyran Ohanyan ölkənin sərhəd təhlükəsizliyindən danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
S.Ohanyanın sözlərinə görə, Ermənistanın sərhəd müdafiə zonası təxminən 100 kilometr böyüyüb: “Artıq Zoddan Meğriyə qədər – Qarabağa bitişik təxminən 283 kilometrlik xətt Azərbaycan sərhədi olub.
Bu reallıq milli təhlükəsizlik strategiyasına yenidən baxılmasını və Müdafiə Nazirliyi tərəfindən yeni yanaşmaların formalaşmasını tələb edir.
Müdafiə sektoru öz strateji planını nəzərdən keçirməli və işə qəbul prosesini tamamilə yenidən qurmalıdır.
Hazırda sərhəd mühafizə xidməti təkcə hərbi qulluqçuların deyil, həm də çağırışçıların və könüllülərin iştirakı ilə həyata keçirilir.
Bu da silahlı qüvvələrin ümumi intizam mühitinə təsir göstərir”.
Tam oxu
Xəbəri oxu