Qarabağ Julio Romaonu qaytarmaq istəyir

24.11.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ" sabiq legionerini yenidən heyətinə qatmaqda maraqlıdır.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi hazırda Rusiyanın "Axmat" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Julio Romaonu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır.

Lakin 28 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi ilə bağlı tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil.

Qeyd edək ki, Romaonun Qroznı təmsilçisi ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.

O, 2022-2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinib. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью