“Qarabağ”: Juninyo keçidin rəsmiləşməsi üçün gedib İdman və Biz

13.01.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” futbolçusu Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna transferi ilə bağlı məlumat yayıb.

İdman.biz xəbər verir ki, Ağdam klubu A seriyası təmsilçisi ilə rəsmi danışıqlar davam etdiyini açıqlayıb.

“Qarabağ” 28 yaşlı hücumçunun Braziliyaya yollandığını da təsdiqləyib. Onun şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi Rio de Janeyroya yollandığı qeyd olunub.

Qeyd edək ki, forvardın transferinin 5 milyon avroya gerçəkləşəcəyi gözlənilir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью