Qarabağ Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqlayıb

15.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

"Report" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью