“Qarabağ” Juninyonun gedişini TƏSDİQLƏDİ

13.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" Olavio Juninyo ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, klubun rəsmi feysbuk səhifəsində hücumçu ilə bağlı bunlar qeyd olunub:
"Komandamızın futbolçusu Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna transferi ilə bağlı rəsmi danışıqlar davam edir.
Şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün 28 yaşlı hücumçu Braziliyaya - Rio de Janeyroya yollanıb".
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью