Qarabağ Juninyoya görə yarım milyonundan oldu

17.01.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Olavio Juninyonu "Flamenqo"ya satan "Qarabağ" Portuqaliyanın "Çaves" klubuna yarım milyon avro ödəməli olacaq.

Oxu.Az xəbər verir ki, buna səbəb ağdamlıların 2023-cü ildə Juninyonu alarkən portuqaliyalının müqaviləsinə futbolçunun gələcəkdə başqa kluba satışından əldə olunan məbləğin 10%-ni almaq bəndini daxil etməsidir.

Belə ki, vaxtilə bu transferdən təxminən 500 min avro qazanan "Çaves" indi daha yarım milyon qazanacaq.

Qeyd edək ki, "Flamenqo" 28 yaşlı forvard üçün "Qarabağ"a 5 milyon avro ödəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью