Qarabağ Junior World Cup Antalya turnirinə məğlubiyyətlə start verib

18.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Qarabağ"ın U-15 komandası "Junior World Cup Antalya" turnirində ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, B qrupunda yer alan Ağdam təmsilçisi "Fulhem"lə münasibətlərə aydınlıq gətirib.

Qarşılaşma rəqib komandanın üstünlüyü ilə keçib. London təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Klubumuzun U-15 komandası Türkiyənin Antalya şəhərində keçiriləcək "Junior World Cup" turnirində iştirak edəcək. Turnirdə 24 komanda mübarizə aparacaq.

Qeyd edək ki, turnir də "Qarabağ"la yanaşı, “Ştutqart” (Almaniya), “Rayo Valyekano” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Lex” (Polşa), “Aspire Akademi” (Qətər), “Dinamo” (Tbilisi, Gürcüstan) kimi klublar yarışır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью