“Qarabağ” Kamilo Duranın komanda yoldaşını da gətirir

12.06.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” heyətinə Portuqaliyadan daha bir futbolçu qatacaq.

Sportal.az Futbolinfo.az saytına istinadən xəbər verir ki, bu, “Portominense” klubunun yarımmüdafiəçisi Samuel Qomeş Lobatodur.

24 yaşlı portuqaliyalı oyunçu ilə bütün məsələlərdə razılıq əldə olunub. Onunla danışıqlar artıq son mərhələdədir. Futbolçunun yaxın günlərdə ölkəmizə gələcəyi bildirilir.

Qeyd edək ki, Samuel Lobato “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranla eyni vaxtda “Portominense”də oynayıb.

Futbolçunun hazırda “Portominense” ilə müqaviləsi davam edir. “Transfermarket”in qiymətləndirməsinə görə onun dəyəri 300 min avrodur.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью