“Qarabağ” Kaşukla bağlı iddialara aydınlıq gətirdi KONKRET

27.02.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna klubları Aleksey Kaşuk üçün “Qarabağ”a rəsmi təklif göndərməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərtac-a Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.

Qeyd edək ki, A.Kaşuk 2024-cü ildən “Qarabağ”ın formasını geyinir. O, bu müddətdə Azərbaycan çempionatında 67 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu 1 qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin görüşlərin yalnız birində start heyətində yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью