“Qarabağ” “Kəpəz” matçında anşlaq olacaq

18.05.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında 36-cı turun “Qarabağ” – “Kəpəz” oyunundan sonra mükafatlandırılma mərasimi keçiriləcək.

“Azersun Arena”dakı mərasimdə mövsümün qalibi  “Qarabağ”a AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

“Qarabağ” – “Kəpəz” oyunu saat 19:00-da başlayacaq. Ağdam klubunun yaydığı açıqlamada matç üçün 2500 bilet satıldığı bildirilib. Biletlər sektorlardan asılı olaraq 3, 7 və 15 manatdır. 

“Zirə” mövsümü  gümüş, “Araz-Naxçıvan” isə bürünc medalçı kimi bitirib.

“Qarabağ” tarixində 12-ci dəfə çempionluq kubokunu başı üzərinə qaldıracaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью