Qarabağ Kəpəz oyununa bilet satışı başladı 2 manatdan 20 manata qədər...

17.11.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri satışa çıxarılıb. SİA xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər qarşılaşmanı 2, 3, 5, 10 və 20 manat ödəməklə stadiondan izləyə biləcəklər. Biletləri iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı noyabrın 22-də saat 17:00-da başlayacaq.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью