Qarabağ Kəpəzi böyük hesabla yendi

09.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" "Kəpəz"lə yoxlama oyununda qüvvəsini sınayıb. 

Fanat.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanovun komandasının heyətində Aleksey Kaşuk het-trik edib (5, 14, 35-cü dəqiqələr). Digər qolları Emmanuel Addai (38) və Davud Məsumov (64) vurub.

Gəncə təmsilçisində isə Ehtiram Şahquliyev fərqlənərək (67) yekun nəticəni rəsmiləşdirib.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 12-də ikinci yoxlama matçında "Zirə" ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью