Qarabağ kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur Şelburn un baş məşqçisi

30.07.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşünə çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Şelburn"u 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra "Şelburn"un baş məşqçisi Con Obrayan jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyunda 0:3 uduzsanız da, bu gün daha az risk edirdiz, 5 müdafiəçi ilə oynayırdız. Daha ağır hesabla uduzmaq istəmirdiz?

- Birinci oyunu da bu cür oynamışdıq. Onda da müdafiəçilərimiz çox idi. Böyük stadion idi, ağır atmosferdə oynayırdıq. İlk hissədə 0:0 olmasını istəyirdik ki, ikinci hissədə dəyişikliklər edək.

- Növbəti mərhələdə hansı rəqiblə oynamaq istəyərdiz, FKSB, yoxsa "Şkendiya"?

- Buna qədər onu fikirləşmirdik. Bu oyuna fokuslanmışdıq. Hər ikisi güclüdür. 

- "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsinə düşmək potensialını görürsüz?

- "Qarabağ"ın elə təcrübəsi var. İllərdir ki, avrokuboklarda oynayırlar. Yaxşı oyunçuları var. Getdikcə oyunlar daha da çətinləşəcək.

- Məğlubiyyətinizin səbəbini nədə görürsüz? Siz yaxşı oynamadız, yoxsa "Qarabağ" güclü idi?

- Dublində ikinci hissədə qol şanslarımız var idi. Səhvlər edərək, qollar buraxdıq. Bugünkü oyuna da yaxşı hazırlaşmışdıq. Təəssüf ki, birinci hissənin sonunda buraxdığımız qol oldu. Hesabı bərabərləşdirə bilərdik, amma alınmadı.

- Sizcə, "Qarabağ"a qarşı doğru taktika seçmişdiz?

- Çox səhv etmirəm. 1:0-dan sonra imkanlarımız var idi. "Qarabağ" kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью