“Qarabağ” kimi rəqibə qarşı 1 xal yaxşı nəticədir“

22.02.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Qarabağ” – “Sabah” (1:1) matçından sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Maraqlı oyun keçdi. Hava şəraitinin kəskin olmaısna baxmayaraq, hər iki tərəf hücumlar etdi. Hansıki son dəqiqələrdə bizim fürsətlərimiz oldu, amma yararlana bilmədik. “Qarabağ” kimi rəqibə qarşı 1 xal yaxşı nəticədir.
– Oyunçularınız hücum xəttində məsuliyyətsiz göründülər. Sizcə, belə idi?
– Məşqlərdə hücumun sonluğunu bizim qədər çalışan komanda yoxdur. Amma bu gün komandanın topla çıxışı çox yaxşı idi.
– Siz həm futbolçu, həm də məşqçi kimi bu stadionda çıxış etmisiz. Hansı hisləri yaşadız?
– Biz bura gəlməzdən qabaq öz analitikimlə danışdım. Burada oynayıb oynamadığımı bilmirəm. Amma “Neftçi”yə qarşı ehtiyat oyunçular skamyasında oturmağım yadıma gəlir. Ancaq belə stadionda məşqçi kimi iştirak etmək çox xoşdur.
– ÇSKA-da çalışarkən Kadi Borgesə qarşı oynamışdız. İndi də “Qarabağ”a qarşı matçda bu oldu. Nə deyə bilərsiz?
– Çox keyfiyyətli oyunçudur. Rusiya Premyer Liqasının bir neçə komandasının start heyətində oynaya biləcək futbolçudur.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью