sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"ın heyətinə qatmaq istədiyi daha bir futbolçu müəyyənləşib. Bu barədə Sport24.az-a kluba yaxın olan və adının açıqlanmasını istəməyən şəxs məlumat verib.
Ağdam təmsilçisi Kiprin "AEK Larnaka" komandasında çıxış edən Jeremi Qnali ilə maraqlanır.
Sol cinah müdafiəçisi və vinger kimi də oynaya bilən Qnalinin klubu ilə yayadək müqaviləsi var. Bu da "Qarabağ"ın işini asanlaşdıra bilər. Bu səbəbdən Azərbaycan çempionunun təklif edəcəyi məbləğə kiprliləri razı salacağı gözlənilir.
Jeremi Qnali 2024-cü ildən "AEK Larnaka"da çıxış edir. Əslən Konqodan olan futbolçu Fransa vətəndaşıdır. Onun "transfermarkt"da bazar dəyəri 450 min avro göstərilib.