Qarabağ klubu afrikalı hücumçu üçün təklif göndərib

13.07.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Portuqaliyanın "Maritimu" klubunun futbolçusu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Qarabağ" 30 yaşlı hücumçu ilə maraqlanır.

Nəşr "Maritimo" aşağı liqaya düşdüyü üçün kamerunlu forvardın növbəti mövsüm komandada qalmayacağının dəqiq olduğunu bildirib.

Ağdam təmsilçisinin həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Dederrik Coel Tage son olaraq icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Həzm" klubunun formasını geyinib. Afrikalı hücumçu 15 matçda 7 qola imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью