“Qarabağ” klubu Avropa Kubokunda növbəti matçını keçirib

16.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa Kubokunda bu gün növbəti matçını keçirib.

"Cebheinfo.az"  xəbər verir ki, təmsilçimiz yarışın III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gəlib.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 20:33.

Komandalar arasında cavab oyunu sabah eyni məkanda baş tutacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью