Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda “Liverpul”la qarşılaşacaq “Qarabağ” İngiltərəyə yola düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Klubu məlumat yayıb.
Ağdam təmsilçisi bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə Liverpul şəhərinə yollanıb.
Qeyd edək ki, “Liverpul”la “Qarabağ” arasında görüş 28 yanvarda “Enfild”də keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.