Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “İnkişaf Korporasiyası” QSC-nin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları” layihəsi çərçivəsində növbəti peşə təlimləri uğurla başa çatıb.
Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından təlimlərə cəlb edilən şəhid ailələri üzvlərindən, müharibə veteranları və ya onların ailə üzvlərindən ibarət 55 nəfərə təlimləri uğurla tamamladıqlarına dair sertifikatlar təqdim olunub. Növbəti mərhələdə iştirakçılar Agentliyin özünüməşğulluq proqramına cəlb olunacalar. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq müvafiq avadanlıqlarla təmin edilmələri, kiçik və orta biznes subyektlərinin yaradılması nəzərdə tutulur.
Peşə təlimlərinin davam etdirilməsi gələcəkdə Qarabağın iqtisadi həyatında əhalinin daha fəal iştirakına əlavə imkanlar yaradır. Həmçinin layihə işğaldan azad edilmiş ərazilərdə və ətraf rayonlarda müxtəlif xidmət və peşə sahələri üzrə yerli kadr potensialının güclənməsinə, sakinlərin məşğulluğunun artırılmasına da töhfə verir.
XQ