Qarabağ komandasında SOS siqnalı: “Liqada qalmalıyıq”

08.10.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Birinci Liqada mübarizə aparan “Xankəndi”də baş məşqçi dəyişikliyi baş verib. Zaur Hacıyevlə yollarını ayıran Qarabağ təmsilçisi bu posta Röyal Nəcəfovu gətirib.

Dəyişiklik təsadüfi olmayıb. Çempionatın ilk üç turunda bir heç-heçə və iki məğlubiyyət alan “Xankəndi”nin cəmi bir xal toplaması rəhbərliyin ürəyincə olmayıb. Nəticədə komanda Röyal Nəcəfova tapşırılıb.

İdman.Biz xəbər verir ki, yeni baş məşqçi Sportinfo.az-a açıqlamasında təyinatından, komandanın mövcud vəziyyətindən və qarşıya qoyulan hədəflərdən danışıb.

“Keyfiyyətli futbolçulardan ibarət heyətimiz var. Sadəcə, komanda çempionata yaxşı başlamayıb - üç oyundan bir xal.

Çalışacağıq ki, komandanı bu vəziyyətdən çıxaraq. Əsas hədəfimiz, təbii ki, liqada qalmaqdır.

Əvvəlcə komandanı toparlayıb vəziyyəti düzəltmək, daha sonra isə liqada qalmağı rahat şəkildə təmin etmək istəyirik.

Bundan sonra da hədəflər bitmir. Çalışacağıq ki, daha yuxarı pillələrə can ataq. Bu mövsüm rəhbərliklə görüşümüzdə əsasən bu hədəflər üzərində dayanmışıq.

Gələcəkdə, növbəti mövsümlərdə Premyer Liqaya yüksəlmək yolunda mübarizə aparmağa çalışacağıq”.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью