“Qarabağ“ Koxalskinin dəyərini müəyyənləşdirib

03.12.2025

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" bir çox klubun diqqət mərkəzində olan Mateuş Koxalskinin dəyərini müəyyənləşdirib.

Ağdam təmsilçisi polyak qolkiper üçün 7 milyon avro tələb edəcək.

Bu barədə Polşanın "Sklad" portalı məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, bu məbləğ məqbul olsa da, onun daha əvvəl böyük çempionatda oynamamağı risk ehtimalını da özü ilə birlikdə gətirir.

Koxalski ilə Dortmund "Borussiya"sı və "Napoli" maraqlanır.

O, 2024-cü ilin yayında "Qarabağ"a qoşulub. 25 yaşlı qapıçı cari mövsüm 15 oyunda "köhlən atlar"ın qapısını qoruyub və bu görüşlərin 5-də qapısını toxunulmaz saxlamağı bacarıb. (Offsideplus.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью