Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Mateuş Koxalskinin "Qarabağ"dan ayrılaraq Polşaya qayıtmasının səbəbi bəlli olub.
Oxu.Az Polşa mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı qapıçını komandada saxlamaq niyyətində olub və ona yeni müqavilə təklif edib.
Lakin Koxalski daha çox oyun təcrübəsi qazanmaq məqsədilə ölkəsinə qayıtmağa üstünlük verib. Bildirilir ki, "Qarabağ"ın yeni müqavilə üçün təklif etdiyi maliyyə şərtləri "Vyeçista Krakov"un təklifindən daha sərfəli olub. Buna baxmayaraq, qolkiper Polşa klubuna keçmək qərarına gəlib.
Qeyd edək ki, Mateuş Koxalski 2024-2026-cı illərdə "Qarabağ"ın formasını geyinib. Bu ilin yay transfer pəncərəsində isə "Vyeçista Krakov"a transfer olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin