Qarabağ la Bakıdakı oyunda Ayaks ı 1000 dən çox azarkeş dəstəkləyəcək

05.12.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderlandın "Ayaks" komandasını Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.

Ölkə.az xəbər verir ki, bu barədə "Report"a "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Amsterdam təmsilçisi qarşılaşma üçün 1450 bilet istəyib.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью