Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində İngiltərənin “Çelsi” komandası ilə 2-2 hesablı nəticəyə imza atdı.
Axar.az xəbər verir ki, bu nəticə ilə xallarının sayını 7-yə çatdıran təmsilçimiz ilk “24-lüyə” girmə şansını bir qədər də artırdı.
“Qarabağ”ın İngiltərə komandası ilə bərabərliyə imza atması sosial şəbəkələrdə, dünyanın müxtəlif televiziya kanallarının da gündəmini zəbt edib. Buna səbəb “köhlən atlılar” heyətinin dəyərinə görə dünyada birinci yerdə olan komanda ilə oyunda mühüm nəticə əldə etməsi olub.
Hazırda “Çelsi” komandasının dəyəri 1,140 milyard avrodursa, “Qarabağ”da bu rəqəm 24,83 milyon avrodur. İki klubun heyətlərinin dəyərləri arasındakı fərq — 1 milyard 116 milyon avro təşkil edir.
Üstəlik, bir çox titulun sahibi olan ingilislər son Klublararası Dünya Çempionatının qalibidir.