“Qarabağ” La Liqadan futbolçu transfer etdi SON DƏQİQƏ

16.06.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam klubu mozambikli sol cinah müdafiəçisi Bruno Lanqa ilə anlaşıb. Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib.

28 yaşlı oyunçu yaxın günlərdə “Qarabağ”la müqavilə imzalayacaq.

Ötən mövsümü icarə əsasında Portuqaliyanın  “Eştrela” klububunda keçirən təcrübəli müdafiəçi komandası ilə 11 oyunda çıxış edib.

O, müqavilə ilə İspaniyanın “Almeyra” klubuna məxsusdur. Futbolçunun La Liqa II komandası ilə 2028-ci ilə qədər sözləşməsi var.

Bruno karyerası ərzində Portuqaliyanın “Çaves”, Kipirin “Pafos” kimi klublarında çıxış edib.

Müdafiəçi Mozambik millisində 37 oyunda forma geyinib və 1 qol vurub. Nüfuzlu  “transfermarkt” saytı oyunçunun bazar dəyərini 1 milyon avro kimi göstərir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью