Qarabağ la matçöncəsi Liverpul da son vəziyyət zədəli futbolçular var

27.01.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Liverpul" Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda Azərbaycan "Qarabağ"ına qarşı oyuna bir neçə itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, "mersisaydlılar"a bu görüşdə zədələr səbəbindən Co Qomes, Aleksander İsak, Konor Bredli və Covanni Leoni kömək edə bilməyəcək. Federiko Kyezanın iştirakı sual altındadır, amma onun meydana çıxma ehtimalı yüksəkdir. Həmçinin İbrahim Konate də oynamayacaq. Belə ki, fransalı futbolçunun atasının keçən həftə vəfat etməsi səbəbindən məşqçi heyəti ona ailəvi səbəblərlə icazə verib.

Qeyd edək ki, "Liverpul" – "Qarabağ" oyunu 28 yanvar Bakı vaxtı ilə saat 00:00-da  "Enfild Road" stadionunda keçiriləcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью