Qarabağ la oyun ərəfəsində Kaxaber Tsxadadzenin yalnız bir qayğısı var

25.09.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Premyer Liqanın 6-cı turu çərçivəsində sabah çempion "Qarabağ"ın qonağı olacaq "Qəbələ" oyuna 1 itki ilə çıxacaq.

Fanat.Az-ın məlumatına görə, hazırda komandada cəzalı futbolçu yoxdur. Əvəzində mövsümün əvvəlindən zədəli olan yarımmüdafiəçi Salman Ələsgərov bu oyunu da buraxacaq. 24 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm hələ debüt edə bilməyib.

"Qarabağ" - "Qəbələ" qarşılaşması 26 sentyabrda "Azersun Arena" baş tutacaq və start fiti 19:00-da səsləndiriləcək. 

"Qəbələ" hazırda turnir cədvəli 4 xalla turnir cədvəlinin 10-cu, "köhlən atlar" isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью