Qarabağ la oyun ərəfəsində Sumqayıt da üzlər gülür AÇIQLAMA

19.11.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 12-ci turunda "Qarabağ"ı qəbul edəcək "Sumqayıt" oyunun hazırlıqlarını davam etdirir.

"Kimyaçılar"ın düşərgəsindəki son vəziyyətlə bağlı Fanat.Az-a klubun sözçüsü Zaur Xudiyev məlumat verib:

"Cəzalı oyunçu yoxdur. Uzun müddətə sıradan çıxdığı öncədən bəlli olan müdafiəçi Ayxan Süleymanlını nəzərə almasaq, zədə səbəbindən də hansısa futbolçu "Qarabağ"la oyunu kənardan izləməyəcək. Əsas millidən qayıdanların durumu qaydasındadır. Bu başqa məsələ ki, U-21-in və U-19-un düşərgəsində da futbolçularımız var. Eləcə də hələ Abdul Raşid Mumini Benin, Ronaldo Vaskes isə Dominikan yığmasındadır. Yəni hazırda düşərgədə olanların heç biri zədəli deyil. Ümid edirik ki, yığmalardakı oyunçularımız da düşərgəyə zədəsiz qayıdacaqlar".

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu noyabrın 21-də keçiriləcək. Matçın start fiti 19:00-da səsləndiriləcək.

Nihat
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью