Qarabağ la oyundan sonra şok zədə Mikels əməliyyat olundu

29.04.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə (1:0) üz sümüyü sınan “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 32 yaşlı oyunçu cərrahi müdaxiləyə ehtiyac duyub.

Ruanda millisinin üzvü artıq əməliyyat olunub. Hazırda futbolçunun vəziyyəti stabildir. Zədə ciddi xarakter daşımır və oyunçunun yaxın müddətdə yaşıl meydanlara qayıtması gözlənilir.

Qeyd edək ki, Mikels bu mövsüm “Sabah”ın heyətində çıxdığı 32 rəsmi matçda 26 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəhim Həsənov hakimlərin qərarlarını şərh etdi - VİDEO UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub Futzal üzrə Yüksək Liqada XVIII turun təyinatları bəlli oldu "Zirə" bunu bacaran 11-ci komanda oldu "Qarabağ" bu göstəricidə mütləq rekordçudur
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью