Qarabağ la Qalatasaray meydana çıxır: Hansı kanallar yayımlayacaq?

28.01.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VIII turunun oyunları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" və Türkiyə Super Liqasının qalibi "Qalatasaray" da meydana çıxacaq.

Maraqlıdır ki, hər iki komanda İngiltərədə oynayacaq və bu ölkənin nəhəng klubları ilə qarşılaşacaq. Belə ki, "Qarabağ" "Liverpul"un, "Qalatasaray" "Mançester Siti"nin qonağı olacaq.

"Liverpul" - "Qarabağ" görüşünü Azərbaycanda azarkeşlərə "İctimai TV" təqdim edəcək. "Mançester Siti" - "Qalatasaray" matçını isə "CBC Sport" yayımlayacaq.

Qeyd edək ki, son turun bütün oyunları eyni gündə keçiriləcək və eyni saatda - Bakı vaxtı ilə 00.00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью