“Qarabağ” legionerinə tapşırıq verdi: ÖZÜNƏ KLUB TAP!

08.06.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"da daha bir ayrılıq yaşanacaq.

"Apasport"un əldə etdiyi məlumata görə, klub Fabian Buntiçlə yollarını ayıracaq.

Artıq bu barədə qapıçıya məlumat verilib.

Qolkiperə özünə klub tapması tapşırılıb. Məşqçilər heyəti futbolçunun çıxışından məmnun deyil. 

Onun meydanda olduğu dəqiqələrdə göstərdiyi inamsız çıxış rəhbərlik tərəfindən qaneedici sayılmayıb. Bu səbəbdən də Buntiçlə əməkdaşlığa son verilməsi qərara alınıb.

“Riyeka”dan transfer edilməsi gözlənilən Martin Zlomisliçin məhz Fabianın yerinə alındığı bildirilir.

Qeyd edək ki, Buntiç komandaya 2024-cü ilin yayında qoşulub.

Ayxan Abbasov mətbuat önünə çıxacaq "Şamaxı"da yeni müqavilə: İsmayılovla daha 2 il Füzuli Məmmədova böyük maraq: Elita və 1-ci Liqadan "Zirə"də ayrılıq: Tiaqo Silva getdi "Kəpəz" futbolçu seçimi etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью