“Qarabağ” legionerini göndərdi

13.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью