“Qarabağ” “Legiya”nın hücumçusunu transfer etmək İSTƏYİR

15.01.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

"Qarabağ" mərkəz hücumçusu axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın “goal.pl” portalı məlumat yayıb.
Ağdam təmsilçisi "Legiya"nın fransalı hücumçusu Migel Alfarelanı transfer etmək istəyir.
Polşa təmsilçisinin 27 yaşlı futbolçuna başqa təkliflər də var. Alfarela ötən yay 1 milyon avroya Fransanın "Bastiya" klubundan "Legiya"ya keçib. Onun paytaxt təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Transfermarkt portalı forvardın bazar dəyərini 600 min avro qiymətləndirir. Alfarela karyerası ərzində "Qonfrevil", "Annesi", "Paris", "Bastiya"da oynayıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью