“Qarabağ” “Lion” matçına nə qədər bilet satılıb?

25.11.2024

Anews saytına istinadən Icma.az xəbər verir.


UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək "Qarabağ” - "Lion" (Fransa) oyununa 17500 bilet satılıb.Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.

"Qarabağ” - "Lion" oyunu noyabrın 28-də, saat 21:45-də başlayacaq.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью