“Qarabağ” “Lion” matçına neçə bilet satılıb?

25.11.2024

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Lion”u qəbul edəcək. Matç üçün biletlər satışdadı. Klub noyabrın 20-də 13000 biletin sahibini tapdığını açıqladı.

Bəs indiyə qədər neçə bilet satılıb?
“Köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Football-plus.az”a verdiyi məlumata görə, yuxarıdakı rəqəm 17500-ə yüksəlib.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 20, 30, 40, 75 və 150 manatdı. Bu oyun noyabrın 28-i, saat 21.45-də start götürəcək.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью