“Qarabağ” “Lion” oyununa 13 min bilet satılıb Yeni Çağ Media

20.11.2024

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının V turunun matçına indiyədək 13000 bilet satılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью